İqtisadiyyat

"eManat"da ciddi pozuntular aşkarlandı

17 Sentyabr 2025 16:32
Baxış: 1 404
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mərkəzi Bank "eManat"da ciddi qanun və normativ pozuntuları aşkarlayıb

Milli.Az xəbər verir ki,  "Modenis" MMC-də həyata keçirilən planlı yoxlama çərçivəsində qanunvericilik və normativ aktların tələblərinin pozulması halları aşkar edilib.

Mərkəzi Bank tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçulugun maliyyələşməsinə dair mübarizə, habelə nağd pulla işin təşkili, informasiya təhlükəsizliyi, daxili nəzarət və risklərin idarə edilməsi sahələrində çatışmazlıqların aradan qaldırılması üçün icrası "Modenis" MMC-yə məcburi göstərişlər verilib.

Qeyd edək ki, "Modenis" MMC "eManat" əmtəə nişanı adı altında fəaliyyət göstərir. 

Mehman Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.