Xankəndidə beynəlxalq mesaj: Diplomatiyanın xəritəsi dəyişir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT, ECO) 17-ci Zirvə Görüşü keçirilir. Xankəndidə keçirilən bu beynəlxalq sammit siyasi, iqtisadi və mənəvi baxımdan Azərbaycanın suverenliyini və regional çəkisini nümayiş etdirən çoxqatlı bir mesajdır".
Milli.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, İƏT-ın siyasi nüfuzu iqtisadi çəkisindən xeyli böyükdür:
"Təşkilata üzv olan ölkələr dünya əhalisinin təxminən 8 faizini təşkil edir. Onların ümumi nominal ÜDM-si 2,6 trilyon dollar civarındadır. Bu, qlobal iqtisadiyyatın 8-9%-nə yaxın olsa da,təşkilatın siyasi və geo-iqtisadi çəkisi bu faizlə ölçülə bilməz. İƏT-in üzvləri həm enerji bazarlarında, həm nəqliyyat dəhlizlərində, həm də regional təhlükəsizlik məsələlərində söz sahibi olan dövlətlərdir. Son on ildə təşkilata üzv ölkələrdə iqtisadi artım qlobal ortalamanı 1 faiz bəndindən daha çox üstələmişdir. Bu göstərici regionun artan dinamizmini ortaya qoyur.
O ki, qaldı Zirvə Görüşünün gündəliyinə tədbirdə müzakirə olunan mövzular Azərbaycanın elan etdiyi milli prioritetlərə tam uyğundur. Burada regional ticarət, rəqəmsal gömrük sistemləri, nəqliyyat infrastrukturunun genişləndirilməsi, enerji təhlükəsizliyi, iqlim dəyişikliklərinə qarşı birlik və s. mövzular müzakirə ediləcəkdir. Yeri gəlmişkən Azərbaycanın ev sahibliyindən başqa həm də bir yol göstərən mövqedə olacağı şübhəsizdir".
Ekspert qeyd edib ki, bu Zirvə Görüşü diplomatiyanın xəritəsində baş verən dəyişikliyin simvolu hesab edilə bilər və ən əsası bu dəyişikliyin önündə Azərbaycan gedir.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Bu ərazimizə qar yağdı
-
Azərbaycanlı alim vəfat etdi
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Bu rayonda bir sıra məktəb və bağçaların adları dəyişdirildi
-
İqtisadiyyat.az-ın 8 yaşı tamam olur
-
Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
-
Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizəd oldu
-
İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
-
On doqquz artıq mandat: İsrail özünü hesab tələsinə necə saldı
-
Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..." - (Video)
-
Bu ölkədə işə bir saatdan gec çatanlar 40 faiz artıq maaş alır
-
Evinizdə belə əsginas varsa, diqqətli olun - Qiyməti 1 000 manatı keçir - (Foto)
-
İbrahim Borçalı: “Dərddən şəkərim qalxdı”
-
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
-
2 məşhur azərbaycanlı müğənninin birgə uşaqlıq Fotosu
-
İsveçdə Quranı yandıran belə cəzalandırıldı
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı
-
"Qalatasaray" böyük hesabla qələbə qazandı
-
Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər (Foto-Video)
-
Qaralmış gümüşü ovmadan təmizləyən üsul





