İqtisadiyyat

Novruz bayramı ərəfəsində çərəzlərin qiyməti - VİDEO

9 Mart 2025 22:11
Baxış: 544
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bazarlarda yerli məhsullardan çox xaricdən gətirilənlər boldur, qiyməti də yerli məhsulla müqayisədə daha ucuzdur.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, yerli şabalıdın kiloqramı 15-17 manat, ölkəyə Çindən gətirilən şabalıdın qiyməti isə 8-9 manat arasında dəyişir. Özbəkistandan gətirilən qabıqlı qozun kiloqramı 7 manat, fındığın qiyməti isə 6 manat, yerli  məhsullardan  qabıqlı qoz 10-12 manat, fındıq 9-10 manatdan təklif olunur. Badam 4.80, yapan qozu isə 9-manatdan təklif edilir.

Ən bahalı çərəz isə püstədir. Püstənin qiyməti 27-35 manatdır.

Satıcılar yerli məhsullların qıt olduğunu əsas gətirərək qiymətin baha olduğunu deyir:

Onlar deyir ki, ləpənin qiyməti baha olsa da hazırda ona tələbat da çoxdur:

İqtisadçılar isə hesab edir ki, 2024-cü ildə də məhsuldarlıq aşağı düşüb və hava şəraiti ilə bağlı bəzi məhsulları dolu vurub. Məhsulun qıtlaşması qiymətinə də öz təsirini göstərib.

Daha ətraflı videomaterialı təqdim edirik. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.