İqtisadiyyat

Bu evlər bahalaşacaq - VİDEO

5 Yanvar 2025 20:40
Baxış: 2 216
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda fərdi yaşayış evlərinin tikintisi azalıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, fərdi tikilən evlərin sayı ötən illərlə müqayisədə 14 faiz azalıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan əmlak eksperti Mülkədar Rüstəmov hesab edir ki, bunun əsas səbəblərindən biri 2023-cü ildən qüvvəyə minən qaydalardır.

Ekspert bildirib ki, paytaxtın Sabunçu, Binəqədi və ətraf qəsəbə, kəndlərində təyinat problemi var. Əksəri kənd təsərrüfatı təyinatlı torpaqlardır. Yəni fərdi yaşayış evlərinin tikintisinin azalması torpaq sahələrinin təyinatı ilə də əlaqəlidir.

Onun sözlərinə görə, tikintinin azalması qiymət artımına da təsir göstərəcək.

Ətraflı süjetdə:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.