İqtisadiyyat

Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsinə pul ayrıldı

27 May 2010 18:13
Baxış: 176
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nəqliyyat Nazirliyindən Mİlli.Az xəbər portalına verilən məlumata görə, bu layihə ilə bağlı Dünya Bankı Azərbaycana 241,6 mln. ABŞ dolları həcmində kredit ayıracaq. Həmin məbləğin 70 mln. dolları DB-nin üzvü olan Beynəlxalq İnkişaf Assosiasiyası (IDA), 171,6 mln. dolları isə DB-nın digər üzvü olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (IBRD) vəsaitləri hesabına ayrılacaq. Layihə əsasən Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsini nəzərdə tutur.

Layihənin ümumi dəyəri 356,15 mln. dollar təşkil edir. Bunun 241,6 mln. dollarının Dünya Bankı, qalan hissəsinin isə Azərbaycan hökumətinin hesabına ayrılacağı bildirilir.

Qeyd edək ki, Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən verilməsi nəzərdə tutulan kredit 20 il (ilk 10 ili güzəştli olmaq şərtilə), Beynəlxalq Yenidənqurma və Inkişaf Bankı tərəfindən ayrılacaq kredit isə 17 il (ilk 4 ili güzəştli olmaqla) müddətinə veriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.