İqtisadiyyat

Azərbaycanın istehsal etdiyi maşınları alan yoxdur - Anbarda qalanlar artır

29 Oktyabr 2024 11:48
Baxış: 2 302
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 3 min 623 ədəd minik avtomobili istehsal edilib.

Milli.Az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.

Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə minik avtomobili istehsalı 1 513 ədəd və ya 71,7% artıb.

2023-cü ilin yanvar-sentyabr aylarında bu göstərici 2 min 110 ədəd təşkil edib.

2024-cü ilin 1 oktyabr tarixinə anbarlarda qalan minik avtomobillərinin sayı 93 ədəd və ya 18,7% artaraq 590-a çatıb.

2023-cü ilin 1 oktyabr tarixinə bu göstərici 497 ədəd olub.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory