Azərbaycanda yeni sistem: Pensiyalar sürətlə qalxacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qeyri-dövlət (özəl) pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanır.
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
"Bəs, özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə vəd edir?
Əksər inkişaf etmiş dövlətlərdə vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edirlər. Özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, özəl fonddan da pensiya ala bilsin. Bu da, təbii ki, pensiya məbləğinin artmasına gətirib çıxarır. Bu kontekstdən, oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi məqsədəuyğundur.
Özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiyaya çıxan zaman əgər onun pensiya məbləği 500 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlər nəticəsində əlavə olaraq, məsələn, 300 manat almaq imkanı qazanacaq. Təbii ki, özəl fonddan ödənilən pensiya məbləği birbaşa yığımlardan asılı olacaq. Bu zaman daha çox yığım daha çox pensiya məbləği demək olacaq", - o qeyd edib.
Deputatın sözlərinə görə, bununla yanaşı, özəl pensiya fondunun etibarlılığı da çox önəmlidir:
"Çünki belə pensiya fondlar yaranarsa vəsaitlər manatla yığılacaq və onun idarə edilməsi həyata keçiriləcək. Ona görə də burada ilkin kapitalın formalaşdırılması, etibarlılığın artırılması önəm daşıyır. Bu baxımdan, özəl pensiya fondları yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyasının həyata keçirilməsi və valyuta risklərinin sığortalanması məqsədəuyğun olardı. Ona görə də mexanizmin daha təkmil şəkildə hazırlanıb, təqdim edilməsi vacibdir".
Qeyd edək ki, pensiya təminatının özəl fondlar vasitəsilə həyata keçirilməsi dünyada geniş yayılan bir praktikadır. Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və b. ölkələrdə belə fondlar fəaliyyət göstərir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
ABŞ ordusu katerə zərbələr endirdi: Ölənlər var
-
Tramp süni intellektin adını dəyişdi
-
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi
-
Pünhan Piriyevin xanımı ilə diqqət çəkən rəqsi - (Video)
-
Millətlər Liqasında günün oyunları başa çatdı
-
Mingəçevirdə qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
ANS-in keçmiş əməkdaşı bu televiziyaya rəhbər vəzifəyə gətirildi
-
Rusiyada zəlzələ oldu
-
84 yaşlı məşhur hind aktyor yıxıldı - (Video)
-
Bu yollarda sürət həddi artırıldı
-
Nazir müəllimləri təbrik etdi
-
Jorje Jezuş Ronaldu barədə: "Bunu asanlıqla həll etmək olar"
-
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi" - (Video)
-
Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi
-
Dünya bazarında neft ucuzlaşdı
-
İlk insanlar belə olub - (Foto)
-
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - (Foto)
-
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
-
Bakının bu ərazisində işıq kəsiləcək
-
Kamaləddin Qafarov: Bu Zəfər milli iradənin təntənəsi idi
-
Millətlər Liqası: Ronaldusuz Portuqaliya 1/4 finalda!
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Zəfər xronikası. 5 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib - (Video/Foto)





