İqtisadiyyat

Azərbaycanda minimum əmək haqqı artırılacaq - TARİX AÇIQLANDI

11 Sentyabr 2024 19:59
Baxış: 21 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Minimum əməkhaqqının artırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən noyabrın 1-nə qədər təkliflər uyğun dövlət qurumlarına təqdim olunacaq".

Milli.Az xəbər verir ki, bu sözləri İqtisadiyyat.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, nazirlik tərəfindən təqdim olunan təkliflər müvafiq dövlət qurumları, o cümlədən Maliyyə Nazirliyi və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən 2025-ci ilin büdcə paketi çərçivəsində baxılıb müzakirə ediləcək.

V.Bayramov bildirib ki, minimum əməkhaqqının artırılması ilə bağlı qərar 2025-ci ilin əvvəlindən etibarən qüvvədə ola bilər: "İlkin gözlənti ondan ibarətdir ki, növbəti ilin yanvar ayında minimum əməkhaqqının artırılması ilə bağlı qərarın verilməsi mümkündür. Təbii ki, daha dəqiq tarix məhz payız müzakirələrində bəlli olacaq. Eyni zamanda, minimum əməkhaqqının artırılması faizi ilə bağlı hələlik müzakirələr getdiyi üçün dəqiq rəqəmin söylənilməsi və onun üzərindən müzakirələrin aparılması mümkün deyil. Bizim təklifimiz ondan ibarətdir ki, iki rəqəmli artım həyata keçirilsin. Çünki 2023-cü ildən sonra həm nominal orta aylıq əmək haqqı, həm də inflyasiya səviyyəsində iki rəqəmli artım qeydə alınıb". 

"Əgər növbəti ilin yanvarından minimum əmək haqqı artırılarsa, bu, iki illik bir müddət olacaq və həmin müddətdə həm nominal orta aylıq əmək haqqı, həm də inflyasiya səviyyəsi nəzərə alınmaqla minimum əmək haqqında artım faizi müəyyənləşdirilsin", - iqtisadçi alim təklif edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.