Toy etmək istəyənlər üçün VACİB XƏBƏR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sentyabr ayının gəlişi toy sektorunda canlanma səbəbi ilə, bir sıra məhsulların, xüsusilə, ətin qiymətinin yüksəlməsi ilə bağlı fikirlərin meydana çıxmasına səbəb olub. Yay aylarında ət və ət məhsullarının qiymətində artım müşahidə olunduğunu nəzərə alsaq, qiymətlərin yenidən artımı ilə bağlı iddialar əhali arasında narahatlıqla qarşılanıb.
Milli.Az xəbər verir ki, məsələni "Yeni Sabah"a şərh edən iqtisadçı Xalid Kərimli toy mövsümünün qiymətlərə təsir etməyəcəyini bildirib:
"Ətin qiyməti onsuz da qalxıb. Həm mal, həm də qoyun ətinin qiymətinin yay sezonunda artması müşahidə olundu. Güman etmirəm ki, sentyabr ayında toy sezonunun başlaması ilə əlaqədar ətin qiymətində yenidən artım olmasını məhz bu səbəbdən müşahidə edək. Zatən, iyul-avqust ayları ətə tələbatın yüksək olduğu bir dönəm idi. İnsanlar bu ərəfədə istirahətə yollanır, məzuniyyətə çıxır, müxtəlif bölgələrə üz tuturdular. Bu səbəbdən, ətin, xüsusilə, xırdabuynuzlu heyvanların ətinin istehlakı artmışdı. İstehlakın ən yüksək dövrləri iyun-avqust ayları olub".
İqtisadçı idxalla bağlı məqamların qiymətlərə daha çox təsir göstərdiyini vurğulayıb:
"Sentyabr ayında toy sezonunun başlamasının ətə olan tələbatı iyun-avqust aylarındakı tələbatdan daha çox edəcəyini düşünmürəm. Amma ümumi şəkildə desək, mal ətinin bir ara ucuzlaşdığını gördük. Səbəb idxalla bağlı idi. Rusiyadan idxal olunan məhsullar var idi. Bu da qiymətin düşməsinə öz təsirini göstərdi. Lakin hazırda mal ətində yenidən bahalaşma var. Qarşıdakı dövrdə idxaldan asılı olan məqamlar ortaya çıxa bilər. İdxal olunan məhsulların həcminin artıb-azalması qiymətlərə təsir göstərə bilər. Ancaq qiymətlərin qalxmasına toy sezonunun səbəb olacağını gözləmirəm".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
XƏBƏR LENTİ
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"





