İqtisadiyyat

Bu şəxslərin vəzifə maaşlarındakı əlavələrdə - Məhdudiyyətlər aradan qaldırıldı

29 May 2024 19:57
Baxış: 1 324
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Təhsilverənlərin vəzifə maaşlarına aylıq əlavələrdə texniki məhdudiyyətlər aradan qaldırılıb.

Milli.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yaydığı məlumatda qeyd olunub.

Həmçinin bildirilib ki, NK-nin qərarı ilə Dövlət ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr"də dəyişiklik edilib.

Qərara əsasən, Dövlət ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr "Dövlət ümumi təhsil müəssisələrində tədris edilən dərs saatına görə (faizlə)" şərtinə görə deyil "Tədris edilən dərs saatına görə (faizlə) şərtinə görə veriləcək. Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, dəyişiklik, bəzi hallarda bu əlavələrin verilməsində yaranan texniki xarakterli məhdudiyyətlərin aradan qaldırılması məqsədilə edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.