İqtisadiyyat

Azərbaycan daşınmaz əmlakın idarə edilməsi sahəsində xarici ölkələrin təcrübəsini öyrənir

14 İyun 2012 15:18
Baxış: 237
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Gəncə şəhərində "Dövlətin daşınmaz əmlakının idarə edilməsi sahəsində xarici ölkələrin təcrübəsi" mövzusunda seminar keçirilib.

Dövlət komitəsindən Trend-ə verilən məlumata görə, tədbir komitənin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) və Almaniyanın federal dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsinə məsul olan qurumu ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.

Seminarda komitənin Mərkəzi Aparatının, müvafiq regionda fəaliyyət göstərən ərazi qurumlarının əməkdaşları, GIZ-in layihə rəhbəri Vulf Şimider və almaniyalı ekspert Manfred Lanqe iştirak ediblər.

Xarici ekspertlər çıxış edərək Almaniyada və digər Avropa ölkələrində daşınmaz dövlət əmlakının idarə edilməsinin təşkili, daşınmaz əmlaka ictimai ehtiyacların müəyyən edilməsi, əmlakın qiymətləndirilməsi və icarəyə verilməsi mexanizmləri sahəsində beynəlxalq təcrübə barədə ətraflı məlumat veriblər. Eyni zamanda, dövlət əmlakından istifadənin dayanıqlı inkişaf tələblərinə uyğun dünya praktikasına əsasən, həyata keçirilməsi məsələləri açıqlanıb. Tədbirdə dövlətə məxsus daşınmaz əmlakın səmərəli istifadəsi ilə bağlı xaricdə toplanılmış ən yaxşı təcrübələr və onların tətbiqi qaydaları şərh edilib.

Seminarda daşınmaz əmlakının idarə edilməsi sahəsində Almaniyada və digər Avropa ölkələrində toplanılmış təcrübənin Azərbaycanda tətbiqi imkanları barədə qarşılıqlı diskusiyalar aparılıb.

Tədbirin sonunda iştirakçılara sertifikatlar verilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.