İqtisadiyyat

“5-ci yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektlərinin nəzərinə

21 May 2024 10:50
Baxış: 410
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"5-ci yerli şirkətlərin tanıtım sərgisi"ndə də KOB-ların məhsul və xidmətlərinin tanıdılması üçün KOBİA-nın təmin etdiyi dövlət dəstəyi hesabına ayrıca stend qurulacaq.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Marsol Group"un birgə təşkilatçılığı ilə iyunun 24-26-da Bakı Ekspo Mərkəzində "5-ci yerli şirkətlərin tanıtım sərgisi" keçiriləcək. Sərgidə 200-ə yaxın yerli şirkətin sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələr üzrə məhsul və xidmətləri nümayiş olunacaq.

Mikro və kiçik sahibkarların məhsullarının tanıdılmasına və satışına dəstək məqsədilə builki sərgidə də KOBİA-a tərəfindən KOB-lar üçün ayrıca stend qurulacaqdır. Ödənişsiz olaraq bu stenddə üç gün ərzində məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektləri iyunun 12-dək KOBİA-ya müraciət edə bilərlər. Müraciətlərin qəbulu aşağıdakı link vasitəsilə həyata keçiriləcək ("İştirak etmək istədiyiniz tədbir" bölümündə "5-ci yerli şirkətlərin tanıtım sərgisi" qeyd olunmalıdır): https://smb.gov.az/az/contact-form/exhibition-form/1

Qeyd: KOBİA tərəfindən mikro və kiçik sahibkarların ölkəmizdə və xaricdə keçirilən müxtəlif ixtisaslaşmış sərgilərdə iştirakına dəstək göstərilir. Agentliyi təmin etdiyi dövlət dəstəyi hesabına ixtisaslaşmış sərgilərdə stendlər qurulur və KOB-lar burada heç bir ödəniş etmədən məhsul və xidmətlərini nümayiş etdirirlər. Bu dəstək KOB subyektlərinin məhsul və xidmətlərini geniş auditoriyaya təqdim etməsi və bu vasitə ilə satış imkanlarını artırması ilə yanaşı, sahibkarların yeni biznes əlaqələri qurması və ixrac imkanlarını genişləndirməsi baxımından da faydalıdır. Agentlik 2024-cü il ərzində də KOB-ların ixtisaslaşmış sərgilərdə ödənişsiz iştirakını dəstəkləməkdə davam edəcək. Dəstək proqramı çərçivəsində stendlərin qurulacağı sərgilər barədə KOB subyektləri əvvəlcədən məlumatlandırılacaqdır.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.