Ölkə

Yunus Oğuz "Gedirəm" adlı şeirini təqdim edib

1 İyul 2024 12:02
Baxış: 301
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Yunus Oğuzun "Gedirəm" adlı şeirini təqdim edir:

Gedirəm

Hərlənib, fırlanır önümdə bir daş
Bu dünyada boş durmayan daşmı var?
Sinənə çökəndə bu ağrı yükü
Qarşısında əyilməyən başmı var?

Önündən keçəcək daş qatar-qatar
Keçəcək, keçəcək baş qatar-qatar
Axacaq gözlərdən yaş qatar-qatar
Durduracaq sərt baxışlı qaşmı var?

Bu daş bilıməz kimin nəyi kimindi?
Nə loğmandı, nə təbibdi, həkimdi
Demə hürkər, demə qorxar, çəkindi
Cavan bilməz, qoca bilməz, yaşmı var?

Bu daş sənin öz ruhundur içində
Göydən baxar vücudun nə, için nə
Halallıq al bu dünyadan köçəndə
Heç bilmirəm əhləd adlı daşmı var?

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.