Təhsil

"Bunu müəllimlər başa düşmür, qaldı ki, valideynlər olsun"

1 İyul 2024 11:42
Baxış: 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müasir çağırışlara uyğun innovasiyalar tətbiq edilməlidir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.

DİM sədrinin sözlərinə görə, təbii ki, bu da elmə əsaslanmalıdır.

M.Abbaszadə bildirib ki, təhsil sisteminə problemlər hər zaman kənardan gəlir:

"Əvvəllər valideynin tədris aldığı proqramı onun övladı keçirdi. Amma indi elə deyil. Çünki məzmun dəyişib və belə də olmalıdır. Bu gün ortaya repititorlar çıxıb. Bu, tək bizim ölkədə olan problem deyil. Misal olaraq, ibtidai sinifdə verilən bəzi anlayışları heç bəzi müəllimlər başa düşmür, qaldı ki valideynlər. Bu kimi uyğunsuzluqları aradan qaldırmaq üçün düşünmək lazımdır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.