Dünya

Görüşə getməmək üçün polisə zəng etdi

3 İyul 2024 09:45
Baxış: 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da qadın yeni tanış olduğu kişi ilə ilk görüşə getməmək üçün polisə zəng edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Sumaya Tomas internetdə tanış olduğu kişi ilə görüş təyin etsə də, sonradan fikrini dəyişib.

Kişi Sumayanın evinin qarşısında onu gözləsə də, çölə çıxmayıb. Bir qədər sonra əraziyə polislər gəlib.

Sorğu-sualdan sonra bəlli olub ki, kişi qadının əri deyil. O, ilk görüş üçün bura gəlib. Qadın sadəcə görüşə getməkdən qorxduğu üçün polisə zəng edərək "ərim məni döyür" məlumatını verib.

Amerikalı qadın yalan zəngə görə həbs olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.