İngiltərənin tarixə düşən GÖSTƏRİCİLƏRİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
AVRO-2024-ün 1/8 final mərhələsinin İngiltərə - Slovakiya matçı maraqlı məqamlarla əlamətdar olub.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, İFFHS qarşılaşmadakı seriya və rekordlarla bağlı hesabat hazırlayıb.
İngiltərə tarixində ilk dəfə ardıcıl iki Avropa çempionatının 1/4 finalına yüksəlib.
İngiltərə ardıcıl 4-cü dəfə final mərhələlərinin (dünya və Avropa) 1/4 finalına vəsiqə qazanıb.
İngiltərə baş məşqçisi Qaret Sautqeytlə Avropa çempionatlarında uduzmayıb: 7 qələbə və 4 heç-heçə.
Bu, Avropa çempionatları tarixində ən yaxşı baş məşqçi seriyasıdır.
İngiltərə Slovakiyaya heç vaxt uduzmayıb: 6 qələbə, 1 heç-heçə.
İngiltərə Avropa çempionatlarında 4-cü dəfə ilk qolu buraxdığı matçda qalib gəlib. AVRO-2004-də Xorvatiyanı 4:2, AVRO-2016-da Uelsi 2:1 hesabı ilə məğlub edən komanda AVRO-2020-də Danimarkadan üstün olub - 2:1.
Avropa çempionatları tarixində yalnız Fransa daha çox - 5 dəfə ilk qolu buraxdığı görüşdə qalib gəlib.
İvan Şrants Avropa çempionatlarının final mərhələsinin pley-offunda qol vuran ilk slovakiyalı olub.
İvan Şrants qol sayında AVRO-2024-ün bombardirləri Jorj Mikautadze və Camal Musialaya çatıb - hərəsi 3 top.
Cud Bellinqemin matçın startından 94 dəqiqə 34 saniyə sonra vurduğu qol İngiltərənin Avropa çempionatlarında əsas vaxtda vurduğu ən gec qoldur. Bu, komandanın matçdakı çərçivəyə ilk zərbəsindən sonra vurulub.
Bellinqemin qolu Avropa çempionatının pley-offunda komandasını məğlubiyyətdən xilas edən ən gec qoldur.
Əvvəlki rekord AVRO-2000-in finalında İtaliyaya 90+4-də qol vuran fransalı Silven Viltora məxsus idi.
Bellinqem 2023/24 mövsümündə ikinci hissəyə əlavə olunan dəqiqələrdə 6 qol vurub. Bunların 4-ü "Real", ikisi İngiltərə millisində qeydə alınıb. Bu qolların hamısı ya hesabı bərabərləşdirmək, ya da komandanı irəli çıxarmağa xidmət edib.
Bellinqem Avropa çempionatları tarixində başı üzərindək akrobatik zərbə ilə qol vuran 3-cü futbolçu olub. Antonio Konte (İtaliya) AVRO-2000-də Türkiyə, Derdan Şakiri (İsveçrə) AVRO-2016-da Polşaya belə qol vurub.
Harri Keyn Avropa çempionatları tarixinə əlavə vaxtda vurulan ən erkən qolun müəllifi kimi düşüb - 50-ci saniyə.
Bu, dünya və Avropa çempionatları tarixinə əlavə vaxtın ilk dəqiqəsində vurulan ikinci qol kimi düşüb. Net Lofrhaus (İngiltərə) DÇ-1954-də Belçikanın qapısına yol tapıb.
Keyn Avropa çempionatlarında iki oyunun əlavə vaxtında qola sevinən ilk futbolçudur. O, Danimarka ilə DÇ-2020-nin yarımfinalında da fərqlənib.
Keyn Avropa çempionatlarının əlavə vaxtında ən azı 2 qol vuran 3-cü futbolçudur. Dejo Novak (Macarıstan) AVRO-1964-ün Danimarka, Diter Müller (Almaniya) AVRO-1976-nın Yuqoslaviya ilə matçında 2 dəfə fərqlənib.
İngiltərə Avropa çempionatlarında başla 19-cu qolu vurub. Portuqaliyanın 15, İspaniya və Fransanın 13 qolu var.
Keyn İngiltərə millisindəki rəsmi turnirlərdəki matç sayında 79-a çatmaqla rekord vurub. O, Peter Şiltonu (78) arxada qoyub.
Qeyd edək ki, Slovakiyanın hesabı açdığı matçda İngiltərə əlavə vaxtda əzmkar qələbə qazanıb - 2:1.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
Yamal yaşadığı ağır günləri danışdı: "Atam dəmir yığırdı"
-
U-17 qızlarımızın ilk sınağı ağır məğlubiyyətlə başa çatdı
-
Osimhen 1,2 milyonluq "ferrari"si ilə diqqət çəkdi - (Video)
XƏBƏR LENTİ
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi





