İqtisadiyyat

KOB-lar “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərində məhsul və xidmətlərini təqdim edir - FOTO

15 May 2024 15:09
Baxış: 1 446
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 15-də Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro") və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi ("İnterFood Azerbaijan") sərgiləri öz işinə başlayıb.

Əvvəlki illərdə olduğu kimi, bu il də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə mikro və kiçik sahibkarlar ödənişsiz olaraq sərgidə məhsul və xidmətlərini təqdim edirlər. KOBİA-nın təmin etdiyi dövlət dəstəyi hesabına yaradılmış xüsusi stenddə 10-a yaxın mikro və kiçik sahibkarlıq subyekti tərəfindən müxtəlif qida məhsulları, o cümlədən süd məhsulları, düyü, suxari, bal və digər arıçılıq məhsulları və s., eləcə də xidmətlər nümayiş olunur. Həmçinin stenddə KOB subyektlərinə satış imkanlarını genişləndirmək və yeni biznes əlaqələri qurması üçün müxtəlif işgüzar görüşlərin keçiriilməsi məqsədilə imkan yaradılıb.

Qeyd edək ki, "Caspian Agro" və "İnterFood Azerbaijan" sərgiləri mayın 17-dək davam edəcək. Sərgilərdə 40-a yaxın ölkədən 500-ə qədər şirkətin məhsul və xidmətləri nümayiş olunur.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.