İqtisadiyyat

KOBİA ICSB-nin əməkdaşlığı ilə rəqəmsal transformasiyaya başlayan ilk təşkilatdır - Baş direktor

16 Noyabr 2023 14:38
Baxış: 905
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) əməkdaşlığı ilə rəqəmsal transformasiyaya başlayan ilk təşkilatdır.

Bunu ICSB-nin prezidenti və baş direktoru Ayman El Tarabişi Bakıda keçirilən Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumunda deyib.

"Növbəti 4,5 il ərzində qarşılıqlı fəaliyyətimiz əməkdaşlıq, innovasiya və dayanıqlılığın nümunəsinə çevrildi. Bu tərəfdaşlıq qlobal qeyri-müəyyənlik dövründə başladı, lakin inkişaf etdi və agentlik bizimlə birgə rəqəmsal transformasiyaya başlayan ilk təşkilat oldu. Təşkilatın yeni fəaliyyət formatına keçidə hazırlığı heyrətamiz çeviklik və ümumi missiiyamıza sadiqlik nümayiş etdirdi.

Səmərəli tədbirlər görmək üçün səyləri səfərbər etməyə saqidlik KOBİA-nın daima nümayiş etdirdiyi xüsusiyyətdir. Əməkdaşlığımız iddialı başlanğıcla yeni yüksəkliyə çatdı və üç günlük Dünya Forumunun keçirilməsi ilə nəticələndi", - o deyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.