Toyuq və yumurta bahalaşacaq? - RƏY
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Statistika Komitəsinin məlumatına görə, oktyabrda ərzaq məhsullarının, xüsusən də yumurtanın və tərəvəzlərin qiymətində kəskin artım baş verib. Yumurtaların qiyməti sentyabr ayına nisbətən 8,7 faiz, tərəvəzlərin qiyməti 6,5 faiz artıb.
Milli.Az xəbər verir ki, "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli Bizim.media-ya açıqlamasında Dövlət Statistika Komitəsinin məlumatı ilə razılaşmayıb.
O bildirib ki, yumurta əvvəlki aylarda 15, 16, 17 qəpiyə təklif olunurdu, indi də həmin qiymətə satılır:
"Əvvəl düşünürdük ki, sentyabrda məktəblərin açılması ilə əlaqədar yumurtanın qiyməti arta bilər. Lakin bu, baş vermədi. Nəzərə alaq ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yumurta 1-2 qəpik, toyuq əti isə 4-5 faiz aşağı qiymətə təklif olunur. Söhbət topdansatış qiymətlərindən gedir. Ola bilsin ki, şəbəkə marketləri və kiçik mağazalar yumurtanı 1-2 qəpik baha satsınlar. Ümumilikdə isə yumurtanın qiymətinin artmasına heç bir əsas yoxdur".
M.Həsənli deyib ki, hazırda ölkə əhalisinin gündəlik yumurta ehtiyacı 3.6 milyon ədəddir:
"Ölkə üzrə gündəlik beş milyon ədədə yaxın yumurta istehsal edilir. Gördüyünüz kimi bu sahədə təklif tələbi üstələyir. Belə vəziyyətdə qiymət artımından söhbət gedə bilməz. Mən əminliklə deyə bilərəm ki, 2024-cü ilin mart ayına qədər yumurtanın və toyuq ətinin qiymətində heç bir artım gözlənilmir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Klon"un aktrisası xəstəxanaya yerləşdirildi - (Foto)
-
Ağstafada sursat partlayışında xəsarət alan şəxsin vəziyyəti açıqlanıb
-
Salyanda avtomobil aşdı: Ana və övladı xəsarət aldılar
-
Ağstafada iki nəfər minaya düşüb, ölən var - Yenilənib
-
Bakıda qadınlar mağazadan qızıl oğurladılar - anbaan video
-
Yataqxanada meyiti tapılan tələbənin ölümü ilə bağlı ATU-dan açıqlama
-
Rafiq Əliyev infarktdan öldü
-
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb - (Yenilənib)
-
Milli Qəhrəman vəfat etdi
-
Söyüdlü kəndinin qızıl hasilatı üçün boşaldılacağı barədə məlumatlar əsassızdır - Media və Yayım Şurası
-
Başağrılarınız ola bilər - Xəbərdarlıq
-
Bu şəxslərə 13 və 14-cü maaş veriləcək - Şad xəbər
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Arif Mirzəyevlə vida mərasimi keçirilir - (Yenilənib)
-
Qazaxda yanğın oldu
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu tankerə dron hücumu olub - (Video)
-
Qayınata bu yazıya görə toy günü bəyi döydü
-
Vuqar İbrahimov vəfat etdi
-
Sabah bu ərazilərdə su olmayacaq
-
Ayın 16-da intensiv yağış yağacaq - Proqnoz
-
Ardanın yeni maaşı məlum oldu
-
ANAMA sədrinin müavini məhkəməyə verilir - Generalın qızından iddia
-
Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı





