İqtisadiyyat

Bu sahələrdə xərclər artırılacaq

21 Sentyabr 2023 15:00
Baxış: 1 306
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gələn il proqnozlaşdırılan sosial müdafiə və sosial təminat üzrə xərclər açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı "2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama" sənədində bildirilib.

Sənəddə qeyd edilib ki, 2024-cü il dövlət büdcəsindən sosial müdafiə və sosial təminat üzrə xərclərinə 4 542,2 milyon manat (xüsusi çəkisi 12,5 faiz) ayrılması proqnozlaşdırılır.

Xatırladaq ki, 2023-cü ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclər 4 315 933 969 manat proqnozlaşdırılıb. Beləliklə, gələn il üçün müdafiə və sosial təminat üzrə xərclər 5 faiz artırılır.

Qeyd edək ki, 2024-cü il üçün dövlət büdcəsi xərcləri 36355,0 milyon manat (ÜDM-in 30,7 faizi) həcmində proqnozlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.