Mobil telefonlar ucuzlaşa bilər - Deputat açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklik layihəsi bu gün Milli Məclisin iqtisadisiyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilərək, plenar iclasa tövsiyyə olunub.
Milli.Az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
Dəyişikliklərə əsasən, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun məbləğlərinin azaldılması nəzərdə tutulur.
Dəyişikliklər sosial xarakter daşıyır. Belə ki, qeydiyyata alınmasına görə rüsum bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar üçün 20 manatdan 15 manata, bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda 30 manatdan 20 manata, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda 50 manatdan 30 manata, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda 60 manatdan 40 manata, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda 70 manatdan 50 manata, bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda 100 manatdan 70 manata və bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda 150 manatdan 100 manata endirilməsi nəzərdə tutulur.
Bu o deməkdir ki, dəyişikliklər qəbul olunandan sonra bahalı mobil telefonlar üçün qeydiyyat rüsumu 150 manat deyil, 100 manat olacaq. Qiyməti ucuz olan telefonlar üçün daha aşağı rüsumlar ödəniləcək. Bu mobil telefonların maya dəyərini müəyyən qədər azaltmaqla yanaşı, vətəndaşların da xərclərinin azalmasına gətirib çıxaracaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev "Maliyyə icarəsi haqqında" qanunu təsdiqləyib
-
Rayonlarda milyonluq həyat: villaların qiyməti 1 milyon manatı keçir
-
ABB kartlarından silininən pullar geri qayıtdı
-
Neft qiymətləri ucuzlaşıb
-
Kredit borcu olan vətəndaşlara hansı güzəştlər ediləcək?
-
Qara qızıl dəyər itirir: Dünya bazarlarında eniş
XƏBƏR LENTİ
-
Milli Məclisin 30 iyun iclasının gündəliyi açıqlandı
-
Dərmanları hər gün eyni vaxtda içmək niyə vacibdir?
-
Prezident İlham Əliyev "Maliyyə icarəsi haqqında" qanunu təsdiqləyib
-
82 yaşlı "Firdevs hanım"ın son halı - (Foto)
-
Rusiyada iki neft emalı zavoduna zərbələr endirilib
-
Azərbaycan Suriyada 10 yeni məktəb tikəcək
-
Ötən gün 62 cinayətin üstü açılıb
-
Diabet riski yüksək olan qan qrupu açıqlandı
-
Azərbaycan Venesuelaya başsağlığı verdi
-
Xameneinin yerinə qərarları kim verir?
-
Ermənistan hökumətinin tərkibində dəyişiklik olacaq?
-
Ali Məhkəmə daşınmaz əmlakın geri qaytarılması şərtlərinə aydınlıq gətirdi
-
İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
250 tələbədən 46 min manat yığıldı - BDU-nun məzun gecəsi son anda ləğv edildi
-
Kilosu 20 qəpiklik pomidor Bakıda niyə 2 manata satılır?
-
Neymar 980 gündən sonra Braziliya millisində meydana qayıtdı
-
"Santa Barbara"nın ulduzu çətin vəziyyətdə - Ağır xəstəliyə tutuldu
-
44 ailə doğma yurdlarına geri qaytarılıb - Yenilənib
-
II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı iyulun 5-də keçiriləcək
-
126 ilin ən güclü zəlzələsi: Venesuelada əsrlik rekord qırıldı - (Foto)
-
Qobustanda yol polisindən yayınan sürücü həbs edildi - (Video)
-
Telefonlarda ekran qoruyucuları gözlərə zərər verə bilər
-
Novxanı çimərliyində xəndəklər qazılıb:Sürücülərin yolu kəsilib
-
Tramp Venesuela zəlzələsi ilə bağlı təcili yardım göstərişi verdi





