Ərzaq qiymətləri ilə bağlı VACİB XƏBƏR - Bu məhsullar kəskin bahalaşacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Statistikaya əsasən, son 1 ildə ərzaq məhsulları 30%-dək bahalaşıb.
Qiymət artımı daha çox mal əti, duru yağlar və uşaq qidalarında müşahidə olunub. Müqayisə üçün qeyd edək ki, ötən illə müayisədə bu ilin iyulunda əhali mal ətində 2-3 manata qədər artıq pul xərcləməli olub.
milli.Az xəbər verir ki, sözügedən bahalaşmanın səbəbləri ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Referans.az-a danışıb.
"Qiymətində artım müşahidə olunan məhsulların demək olar ki, əksəriyyəti Azərbaycanda istehsal olunmur. Hətta yerli brend kimi bazarda təqdim edilən duru yağlar ölkədə sadəcə qablaşdırılır. Dünyada baş verən proseslər, Rusiya-Ukrayna münqaişəsi qiymət artımına birbaşa formada təsir göstərir. Xüsusilə Azərbaycanın duru yağlarla bağlı əsas idxalının Ukraynadan olduğunu nəzərə alsaq, biz bunu daha dəqiq əsaslandıra bilərik. Uşaq qidalarına gəldikdə isə, bu növ məhsullar hətta Azərbaycanda qablaşdırılmır və birbaşa xaricdən gətirilir və qiymət dəyişikləri ölkəmizdə də özünü biruzə verir. Məhz uşaq qidaları ilə bağlı dəfələrlə təkliflərimiz olub ki, bu qidalar sosialyönümlü məhsuldur və dünyanın bir çox ölkələrində uşaq qidalarına, geyimlərinə, aksesuarlarına vergi və gömrük güzəştləri tətbiq olunur. Azərbaycanda isə təəssüf ki, bu qayda yoxdur. Əksinə, həm gömrük rüsumu, həm də əlavə dəyər vergisinin tətbiq olunması qiymətlərin daha da artmasına səbəb olan faktorlardan biridir. Ona görə də təklif olunub ki, heç olmasa satışda əlavə dəyər vergisinin 18 faizdən heç olmasa 2 faizə salınmalıdır. Bu növ qidalarda qiymətlərin yüksək olması yeni formalaşan gənc ailələrin büdcəsinə çox pis təsir göstərir. Ona görə bütün sosialyönümlü məhsullarla bağlı gömrükdə və vergidə yeni yanaşmaya ehtiyac var".
Ekspert mal və qoyun ətində olan bahalaşmanın isə örüş sahələrinin azalması və yem qiymətlərinin artımı ilə bağlı olduğunu qeyd edib.
"Əslində ət qiymətlərinin bahalaşması gözlənilən idi, çünki 2015-2016-cı illərdən bəri ölkədə örüş yerləri və yem bazası ilə bağlı ciddi problemlər yaşandı. Texniki bitkilərin əkin sahəsinin kəskin şəkildə artırılması örüş yerlərinin azalmasına və yem bazasına olduqca mənfi təsir göstərdi. Azərbaycanda mal-qara yeminin qiyməti son 6-7 ildə 2 dəfədən çox artıb. Bəzi növlər üzrə hətta 3 dəfə artım müşahidə olunur. Təbii ki, yemin qiyməti artdıqca, ətin qiymətinə təsir göstərir. Digər səbəb isə odur ki, fermerlər və mal-qara saxlayanlar başqa sahələrdə qiymət artımını gördükdən sonra öz ehtiyaclarını ödəmək üçün məhsullarının qiymətini də artırmaq məcburiyyətində qalırlar. Ölkədə 2021-ci ildən bəri ikirəqəmli infikiyasiya müşahidə olunur və bu da ətin qiymətinin artmasına sövq edir. Bütün bu amilləri nəzərə alsaq, təbii ki, mal və qoyun ətinin artması heç də gözlənilməz deyil".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İranla müharibə ABŞ-nin raket ehtiyatını tükəndirdi
-
"Cennet mahallesi"nin "Ayşe"si ana oldu - (Foto)
-
Nişan hazırlığı üçün köməyə getdi, bacısı oğlunun qızıllarını oğurladı
-
Kredit kartı şifrəsində "0" rəqəmi olanlara xəbərdarlıq edildi
-
“Heç kim öz torpağını atıb gedən deyil” - Zelenski
-
Xərçəngdən əziyyət çəkən Cansever vəfat etdi
-
Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb (Foto)
-
Günün qoroskopu: Özünüzə daha çox vaxt ayırmağı unutmayın
-
İspaniyanın Baş nazirin fotodakı qəribə detalı sosial şəbəkədə viral oldu (Foto)
-
Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıracaq - Vüqar Bayramov
-
Misir Mərdanovun DNT nəticələri açıqlandı (Foto)
-
Röya Ayxanın 2 günlük konserti böyük coşqu ilə yadda qaldı - (Video)
-
Gavalının üzərindəki ağ ləkənin səbəbi bəlli oldu
-
Dünya çempionatında Messini partlatmaq, Ronaldonu qaçırmaq istəyiblər
-
Daş kimi bayat çörəyi 2 saniyədə təzə edən üsul
-
PSJ “Barselona”nın ulduzunu transfer edib
-
Sarayda zəncirvari qəza olub (Foto/Video)
-
Goranboyda evdən 18 yaşlı qızın meyiti tapılıb
-
Günayın ailəsi ilə istirahəti - (Video)
-
Xocavənddə buldozer minaya düşüb
-
Prezident İlham Əliyev Donald Trampa məktub ünvanlayıb
-
“Əbədi dünyada Allaha ilk şikayətim səndən olacaq“ - Naibə Allahverdiyeva
-
“Real Madrid” Messiyə başsağlığı verib
-
Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır - Stiv Uitkoff





