İqtisadiyyat

Taleh Kazımov ona yüksək VƏZİFƏ VERDİ

17 İyul 2023 12:49
Baxış: 2 467
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünə yeni müşavir təyin edib.

Milli.Az AMB-yə istinadən xəbər verir ki, Şahin Mahmudzadə sədrin müşaviri vəzifəsinə təyin edilib. Bununla da T. Kazımovun müşavirlərinin sayı 3-ə çatıb.

Qeyd edək ki, 31 yaşlı Ş.Mahmudzadə əmək fəaliyyətinə 2016-cı ildə AR Mərkəzi Bankının Pul siyasəti departamentində başlayıb.

2018-ci ildə "Paşa Həyat Sığorta" ASC-nin Risklərin idarəedilməsi departamentinin Kredit bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyib. 2020-ci ildə Risklərin idarəedilməsi departamentinin Kredit bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin müdiri vəzifəsində, 2021-cil ildən isə Risklərin idarəedilməsi departamentinin direktoru vəzifəsində çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.