İqtisadiyyat

Azərbaycanda bu benzin ucuzlaşa bilər - Açıqlama

16 İyun 2023 15:06
Baxış: 3 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda "Premium" markalı benzinin ucuzlaşması gözləntisi var".

Milli.Az xəbər verir ki, bunu metbuat.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O qeyd edib ki, yaxın aylarda ölkədə ciddi qiymət artımı ehtimal edilmir:

"Azərbaycanda yay aylarında ciddi qiymət artımı olan heç bir sahə yoxdur, xüsusən də hökümətin tənzimlədiyi benzin və ictimai nəqliyyat sahəsində. Qiymət dəyişikliyi üçün heç bir əsas da yoxdur.

Əksinə, bazarın gözləntisi ondan ibarətdir ki, vaxtilə 2 manata təyin edilən "Premium" qiymətləri aşağı salınsın. Çünki bu qiymətlər təyin ediləndə, bazarda neft qiyməti 120-125 dollar idi. İndi isə qiymətlərdə bir düşüş var və bu, qiymətlərə tətbiq edilməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.