İqtisadiyyat

SOCAR İsveçrədə ilk hidrogen yanacaqdoldurma məntəqəsini açıb - FOTO

9 İyun 2023 21:20
Baxış: 908
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2023-cü ilin 9 iyun tarixində "SOCAR Energy" şirkəti tərəfindən İsveçrə magistral yollarında ilk hidrogen yanacağı doldurma məntəqəsinin açılışı mərasimi baş tutub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sözügedən məntəqə Bern şəhərinin yaxınlığındakı, İsveçrənin əsas böyük şəhərlərini birləşdirən magistral yolun üzərindəki SOCAR yanacaq doldurma stansiyasında fəaliyyətə başlayıb.

Mərasimdə "SOCAR Energy" şirkətinin Baş icraçı direktoru Edqar Baxman, İsveçrə Federal Hökumətinin və Bern kantonunun rəsmiləri, İsveçrənin biznes icmasının üzvləri və mətbuat nümayəndələri iştirak etmişlər. Mərasimdə səfir Fuad İsgəndərov əsas qonaqlar arasında iştirak etmiş və rəsmi hissədə qonaqları salamlayıb. O, çıxışında Azərbaycan tərəfindən həyata keçirilən yaşıl keçid (green transition) təşəbbüsləri, o cümlədən Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi, bu xüsusda Avropaya yaşıl enerji təchizatı barədə məlumat vermişdir. Səfir həmçinin, Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamıçısı Prezident İlham Əliyevin bütün sahələrdə uzaqgörən fəaliyyətləri nəticəsində ölkəmizin son 30 il ərzində keçdiyi uğurlu inkişaf yoluna nəzərə salmış və Azərbaycanın əldə etdiyi nailiyyətlərin digər ölkələrə müsbət təsirləri barədə fikirlərini bölüşüb.

Daha sonra səfir, E.Baxman və federal və kanton hökumətlərinin üzvlərinin iştirakı ilə lent kəsilib və ərazi ilə tanışlıq baş tutub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.