Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz ticarət prosedurlarının sadələşdirilməsi üçün yeni imkanlar açır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astana Beynəlxalq Forumunun açılış mərasimində deyib.
Prezident Tokayev regional nəqliyyat marşrutlarının inkişafının ümumi vacibliyini vurğulayıb.
"Çinlə Avropanı birləşdirən Orta Dəhliz regionda iqtisadi inkişaf üçün yeni imkanlar açır. Bu marşrut potensial olaraq Hind Okeanı vasitəsilə yüklərin daşınma müddətini ikiqat azalda bilər", - o deyib.
Bununla əlaqədar olaraq Prezident Tokayev həmçinin Çinin "Bir zolaq, bir yol" təşəbbüsünün əhəmiyyətini və regionlararası əlaqələrin inkişafına yardım üçün potensialını qeyd edib.
Milli.Az