İqtisadiyyat

“Qazprombank” Qarabağdakı layihələrin Azərbaycan iqtisadiyyatının artımına töhfəsini proqnozlaşdırıb

1 Aprel 2023 20:40
Baxış: 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"2023-cü ildə Qarabağda layihələr geniş vüsət aldıqda və təkcə büdcə deyil, həm də xarici investisiyaları cəlb etdikdə onların iqtisadi artıma töhfəsi 2,5 faiz bəndi təşkil edə bilər".

Milli.Az xəbər verir ki, bunu Trend-ə "Qazprombank"ın Bazarın Təhlili Departamentinin rəis müavini Gülnarə Xaydarşina deyib.

"Eyni zamanda, nəqliyyat arteriyalarının inkişafı üzrə yeni layihələr 2024-cü ilə qədər Azərbaycanın ÜDM-də nəqliyyatın payının 20%-ə yaxın səviyyəyə yüksəlməsini təmin edəcək. Xatırladaq ki, 2019-cu ildə pandemiyadan əvvəl nəqliyyatın Azərbaycanın ÜDM-də payı 10% az miqdarda keçib", - deyə o bildirib.

Xaydarşinanın sözlərinə görə, Azərbaycan iqtisadiyyatının şaxələnməsinə pul köçürmələrinin daxil olması da kömək edir.

"Artan istehlak tələbi qeyri-neft və qeyri-qaz sektoruna aid olan pərakəndə satış və xidmət sahələrində artıma təkan verir. Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatına görə, 2022-ci ildə fiziki şəxslərdən Azərbaycana pul köçürmələrinin axını 3,6 milyard dollara çatıb və 2021-ci illə müqayisədə 3,2 dəfə artıb", - deyə o əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.