İqtisadiyyat

Azərbaycanın hava məkanında ay ərzində 12 minə yaxın tranzit uçuş həyata keçirilir

23 Fevral 2023 17:55
Baxış: 1 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan üzərindən keçən marşrut şəbəkəsinin inkişaf etdirilməsi, onların səmərəliliyinin və ekoloji təhlükəsizliyinin artırılması sahəsində "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) tərəfindən görülən daimi işlər nəticəsində ölkə üzərindən tranzit hava daşımalarında artım mövsümi aylarda 2,6 dəfə olmaqla, ümumi orta artım tempi 1,3 dəfəyədək çatıb.

Milli.Az xəbər verir ki, AZƏRTAC-a müsahibəsində AZAL-ın birinci vitse-prezidenti Samir Rzayev qeyd edib ki, hazırda ölkənin hava məkanında ay ərzində 12 minə yaxın tranzit uçuş həyata keçirilir.

"Bu bir daha göstərir ki, Azərbaycanın hava məkanı xarici aviaşirkətlər üçün daha cəlbedicidir. Eləcə də, Azərbaycan hava hərəkətinin idarə edilməsi və ölkə ərazisindən tranzit uçuşların planlaşdırılması sahəsində EUROCONTROL ilə əməkdaşlığı dinamik şəkildə genişləndirir"- deyə Samir Rzayev vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.