İqtisadiyyat

Ödənişsiz olaraq biznes təlimlərdən faydalanmaq imkanı

6 Fevral 2023 16:55
Baxış: 754
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sahibkarlar biznes sahəsində təlimlərə, bilik və bacarıqlara olan ehtiyaclarını videotəlim platforması vasitəsilə qarşılaya bilərlər. Platformada hər biri 20 mövzudan ibarət olmaqla 180 təlim videosu yerləşdirilib. Videotəlimlər biznesə başla, korporativ hüquq, layihə idarəetməsi, maliyyə, satış, marketinq, turizm, ixrac prosesinin təşkili və s. mövzuları əhatə edir. Platformada təlim mövzularının təqdimatları, eləcə də müvafiq özünüqiymətləndirmə testləri və təlimçilər barədə məlumatlar da öz əksini tapıb.

Qeyd edək ki, video təlim platforması sahibkarların təlim imkanlarının və biznes sahəsində qabaqcıl təcrübənin tətbiqinin genişləndirilməsi məqsədilə innovativ yanaşmaya və müasir təcrübəyə əsaslanmaqla Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılıb. Platformanın əsas üstünlükləri istifadəçinin yaşadığı yeri tərk etmədən, istədiyi vaxtda və istədiyi yerdən təlimləri izləmək imkanıdır. Digər bir üstünlük isə platformadan istifadənin ödənişsiz olmasıdır. İndiyədək onlayn təlim platformasından mindən çox sahibkar, startap və biznesə başlamaq istəyən şəxslər yararlanıb. Video təlimlərdən "www.kobim.az" saytında qeydiyyatdan keçməklə faydalanmaq olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.