İqtisadiyyat

“AzərEnerji”: Bəzi rayonların elektrik xətlərində problemlər ortaya çıxıb

10 Yanvar 2023 18:10
Baxış: 954
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son günlər havaların kəskin soyuması, nəticədə çovğunla müşahidə edilən qar yağması və buzlaşma ilə əlaqədar ölkənin əsasən dağlıq istiqamətlərində, o cümlədən işğaldan azad edilən bəzi rayonların elektrik veriliş xətlərində müəyyən problemlər ortaya çıxıb.

"AzərEnerji" ASC-dən verilən məlumata görə, Xızı, Qəbələ, Ağsu, Yardımlı rayonunları ilə yanaşı "Kəlbəcər" xəttinin Daşkəsən istiqamətindəki Alaxançallı kəndində, Qubadlı-Laçın xəttinin Güləbird və Şuşa xəttinin Boyük Tağlar kəndlərindən keçən buzlaşmış hissələrində də problemlər yaranıb. Bu və digər ərazilərin elektrik enerjisi ilə təmin olunmaları üçün "AzərEnerji" ASC bütün imkanlarını səfərbər edib.

Qeyd olunur ki, kəskin hava şəraiti işin intensiv aparılmasına mane olur, qarın qalınlığı bəzi ərazilərə texnikanın çıxarılmasını çətinləşdirir. Buna baxmayaraq, problemin həlli istiqamətində ciddi addımlar atılıb və atılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.