İqtisadiyyat

Azərbaycanın strateji valyuta ehtiyatları 60 milyard dollara çatıb

30 Dekabr 2022 09:34
Baxış: 943
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin yanvar-noyabr aylarında qalıqlı tədiyə balansı şəraitində Azərbaycanın strateji valyuta ehtiyatları 12,3% və yaxud 6,5 milyard ABŞ dolları artaraq 59,8 milyard ABŞ dollarına çatıb.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

Qurum bəyan edib ki, 9 ayda tədiyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulun (ÜDM) 30,7%-i səviyyəsində qalıq yaranıb. Sonrakı aylarda da xarici sektorda müsbət proseslər davam edib. Ümumilikdə ilin 11 ayında tədiyə balansının əsas komponenti olan xarici ticarət balansında 23,5 milyard ABŞ dolları və yaxud ötən ilin eyni dövrünə nisbətən 2,5 dəfə çox müsbət saldo yaranıb.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.