İqtisadiyyat

Azərbaycanda fərdi sahibkarların 21 faizdən çoxunu qadınlar təşkil edir - Orxan Məmmədov

23 Noyabr 2022 11:40
Baxış: 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda fərdi sahibkarların 21 faizdən çoxunu qadınlar təşkil edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov "Üfüqdə fürsətlər: Qadın sahibkarlara yaşıl işıq" Forumunda çıxışı zamanı deyib.

"İqtisadi inkişafda qadınların aktivliyi artan dinamika ilə davam edir. Qadınların özünüməşğulluğa və sahibkarlıq fəaliyyətinə təşviqi, qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi KOBİA-nın fəaliyyətində prioritet istiqamətlərdəndir. Ölkə iqtisadiyyatının inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla, KOBİA tərəfindən qadın sahibkarlığının inkişafını təşviq etmək, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artması üçün müvafiq tədbirlər həyata keçirir", - deyə o bildirib.

Onun sözlərinə görə, ötən müddət ərzində 5 qadın sahibkara təqdim etdikləri layihə çərçivəsində qrant, 9 qadın sahibkara 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edən "Startap" şəhadətnaməsi verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.