Sahibkarlığa başlamaq istəyənlərə müjdə - banklar investisiya xidmətləri göstərəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda banklar investisiya xidmətləri göstərə biləcək. Bunu Azərbaycan Mərkəzi Bankının Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktor müavini Samir İsmayılov deyib. O bildirib ki, maliyyə vasitəçiliyinin təkmilləşdirilməsi üçün bankların kapital bazarında iştirakı nəzərdə tutulur: "Banklar da artıq kapital bazarında xidmətlər göstərə biləcəklər. Bu isə regionlarda həm emitentlərin, həm investorların kapital bazarında iştirakını daha da genişləndirəcəkdir. Bu istiqamətdə aktiv işlər aparılır".
S.İsmayılov əlavə edib ki, bankların göstərəcəyi investisiya xidmətlərinin dairəsi isə AMB İdarə Heyətinin qərarı ilə təsdiq ediləcək. Bu yenilik özündə nəyi ehtiva edir?
Milli.Az musavat.com-a istinadən bildirir ki, investisiya bankları müxtəlif növ şirkətlər üçün borc cəlb edilməsində və ya qiymətli kağızlar emissiyasında yardımçı olur, qiymətli kağızların alqı-satqısında köməklik edir, kampaniyaların birləşməsi, udulması və yenidən qurulması işlərini gerçəkləşdirməyə kömək edir, həm institutlar, həm də şəxsi investorlara broker xidmətləri təklif edir. İnvestisiya bankları həmçinin emitentlər üçün səhmlərin yerləşdirilməsi ilə bağlı konsaltinq və bələdçilik xidmətləri həyata keçirir.
Onu da nəzərə çatdıraq ki, 1930-cu ildə ABŞ bankları böyük depressiya illəri səbəbindən kommersiya və investisiya banklarına bölünmüşdü. Lakin 1999-cu ildə Glass Steagall qanunu ləğv edildi və kommersiya bankları yenidən investisiya xidmətləri ilə məşğul olmaq hüququ əldə etdi. 2007-2009-cu illərdən sonra isə bu məsələ yenidən gündəmə gəldi.
İqtisadçı ekspert Eldəniz Əmirov mövzu ilə bağlı "Yeni Müsavat"a dedi ki, bankların kapital bazarında iştirakının təmin olunması hazırda regionların iqtisadi cəhətdən inkişafı üçün son dərəcə vacibdir: "Çünki kənd təsərrüfatı sahəsində buna ehtiyac var. Çünki kənd təsərrüfatı sahəsində sahibkarlığa başlamaq istəyən təsərrüfat subyektlərinin müəyyən sənədləşdirmə işləri ilə bağlı problemlər olur. Yaxud da mövcud situasiyanın qiymətləndirilməsi üçün banklar tərəfindən kreditlərin verilməsində müəyyən problemlər olur. Bu da regionlarda iqtisadi inkişafa mane olan əsas faktorlardan biri olaraq müşahidə edilməkdədir. Amma bu dəfə artıq hər hansı bir təsərrüfat subyekti bir sahəyə investisiya yatırması üçün banka müraciət edir və bankdan götürdüyü vəsait hesabına bura investisiya yatırırdı. Bank, sadəcə, kredit verən kimi çıxış edirdi. Amma kapital bazarında bilavasitə bankın iştirakının təmin olunması, investisiya xidmətlərini göstərməsi nəticədə bu problemi də aradan qaldırmış olacaq. Bu bir növ investisiya xidmətini genişləndirərək daha ciddi töhfə vermiş olacaq. Bu həm regionlarda ciddi inkişafa dəstək ola bilər. Eyni zamanda bankların fəaliyyətini daha da şaxələndirmiş olar. Təbii ki, nəticədə daha çox dividentlə fəaliyyətinin təmin olunmasına gətirib çıxara bilər".
Ekspert əlavə edib ki, ilk öncə bankların göstərəcəyi xidmətlərin detalları müəyyən edilməlidir: "Bundan sonra artıq regionlarda bankların aktiv investor şəklində fəaliyyətini biz müşahidə edirik. İkinci növbədə isə sənədsiz vəziyyətlərdə iqtisadi fəaliyyətin qiymətləndirilməsi çətin olan məqamlarda bank tərəfindən risk faktorları yuxarı qiymətləndirildiyindən kreditlərin ayrılmadığı sahələr var ki, banklar bilavasitə bu sahədə özləri investor olduğu zaman artıq maliyyə əlçatanlığı təmin olunmuş olacaqdır. Bu həm bank fəaliyyətinin mənfəətliyini yekunda yüksəltməyə gətirib çıxaracaq. Eyni zamanda sonda istehsala yönəlik problemli kreditlərin uzunmüddətli dövr üçün azalmasına gətirib çıxaracaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
XƏBƏR LENTİ
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib





