İqtisadiyyat

Rusiya və İran arasında strateji əməkdaşlıq sazişi imzalandı

1 Noyabr 2022 21:17
Baxış: 932
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya və İran çərşənbə axşamı iki ölkə arasında strateji əməkdaşlıq sazişi imzalayıb.

Məlumata görə, sənədə iqtisadi-ticari əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında Rusiya baş nazirinin müavini Aleksandr Novak və İranın neft naziri Cavad Oudci qol çəkiblər. Müqavilələrin təfərrüatları açıqlanmayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bundan əlavə, tərəflər İranda dəmir yolu xətlərindən birinin elektrikləşdirilməsi üçün kredit sazişi və səhiyyə sahəsində əməkdaşlıq memorandumu imzalayıblar.

Qeyd edək ki, noyabrın 1-də Qroznıda Rusiya-İran iqtisadi-ticari əməkdaşlıq komissiyasının 16-cı iclası keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.