İqtisadiyyat

“Ford” Rusiya bazarını tərk etdi

27 Oktyabr 2022 08:50
Baxış: 754
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ford" şirkəti "Sollers" birgə müəssisəsindəki payını sataraq Rusiya avtomobil bazarını tərk edib.

Məlumata görə, avtoistehsalçının müəssisədəki payı 49% təşkil edib.

Qeyd olunub ki, "Ford"un səhmləri nominal dəyərinə uyğun olaraq birgə müəssisəyə təhvil verilib.

Eyni zamanda, Amerika konserni dünyada vəziyyətin dəyişəcəyi təqdirdə səhmləri beş il müddətinə geri almaq imkanını özündə saxlayır.

Xatırladaq ki, bu ilin mart ayının əvvəlində "Ford Motor" şirkəti Rusiyada fəaliyyətini dayandırdığını elan edib./

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.