İqtisadiyyat

KOBİA və Qırğızıstanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

12 Oktyabr 2022 12:09
Baxış: 725
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Oktyabrın 11-də Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə bir sıra sənədlər, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Qırğızıstanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyev imzalayıblar.

Memorandumda ticarət və investisiya sahəsində əməkdaşlığın təşviqi, bu sahələrdə, eləcə də KOB-larla bağlı həyata keçirilən tədbirlər, təcrübə və onlara göstərilən xidmətlərlə bağlı məlumat mübadiləsi, biznes missiyaların təşkili, qarşılıqlı olaraq iş adamları arasında ikitərəfli əlaqələrin inkişafına, biznes tərəfdaşların tapılmasına və əməkdaşlıq platformalarının yaradılmasına dəstəyin göstərilməsi kimi məsələlər nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.