İqtisadiyyat

Vətən Müharibəsi iştirakçısı KOBİA-da işlə təmin edilib - FOTO

6 Oktyabr 2022 13:01
Baxış: 945
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daha bir Vətən Müharibəsi iştirakçısı Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) işlə təmin olunub.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, 44 günlük Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş Nəriman Zamanov KOBİA-nın Tovuz şəhəri üzrə KOB Dostu vəzifəsinə təyin edilib. O "Şuşanın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

Qeyd edək ki, bundan əvvəl də bir neçə Vətən Müharibəsi iştirakçısı KOBİA-da işlə təmin edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.