Azərbaycan Asiya İnkişaf Bankının 55-ci İllik Toplantısında iştirak edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sentyabrın 28-də Filippinin paytaxtı Manila şəhərində Asiya İnkişaf Bankının (AİB) birinci hissəsi cari ilin may ayında keçirilən 55-ci İllik Toplantısının ikinci hissəsi öz işinə başlayıb. Bu il hibrid (üz-üzə və onlayn) formatda keçirilən və üzv ölkələrdən nazirlər, yüksək vəzifəli dövlət və hökumət rəsmilərinin iştirak etdiyi İllik Toplantının gündəliyinə bankın 2021-ci il üzrə iqlimlə əlaqəli maliyyə hesabatı, Asiya və Sakit Okean regionunda dayanıqlı inkişaf məqsədləri, COVID-19 pandemiyasından sonra yaranmış yeni çağırışların dəstəklənməsi, ölkə iqtisadiyyatlarının şaxələndirilməsi və digər məsələlər daxil edilib.
Maliyyə Nazirliyindən bildirilib ki, sentyabrın 29-da keçirilən bankın Rəhbərlər Şurasının iclasının işinə Azərbaycan Respublikasını Bankın Rəhbərlər Şurasında təmsil edən maliyyə naziri Samir Şərifov video formatda qoşulub. Rəhbərlər Şurasının üzvləri qurumun ötən ilki fəaliyyəti və maliyyə nəticələri, bankın növbəti illərdəki fəaliyyət istiqamətlərinə dair müzakirələr aparıblar.
Çıxışlarda geosiyasi çağırışların qlobal iqtisadi artıma yaratdığı təhdidlər, yoxsulluğun aradan qaldırılması, ekoloji problemlərin nəticələrinin aradan qaldırılması və digər istiqamətlərdə AİB-in fəaliyyətinin daha da genişləndirməsinin vacibliyi önə çəkilib.
Eyni zamanda, AİB-in 2030-cu ilədək İnkişaf Strategiyasına uyğun olaraq dayanıqlı gələcək üçün əməkdaşlığın gücləndirilməsi, qlobal iqlim dəyişikliyinə qarşı mübarizə, yaşıl, davamlı və inklüziv bərpaya keçidin sürətləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Qeyd olunub ki, iqlimlə bağlı maliyyə hesabatının nəşri AİB üçün əlamətdar hadisədir və bu, investorlara, səhmdarlara və maraqlı tərəflərə bankın bu sahədə həyata keçirdiyi siyasətdə şəffaflığı artırmaqla yanaşı, iqlim fəaliyyətini və biznes əməliyyatlarını gücləndirməyə kömək edəcək.
İllik Toplantı çərçivəsində maliyyə naziri Samir Şərifov həmçinin, Azərbaycanın da təmsil olunduğu Bankın Səsvermə Qrupunun iclasında da iştirak edib.
1966-cı ildə təsis edilən Asiya İnkişaf Bankının əsas məqsədi üzv ölkələrin iqtisadi inkişafına dəstək olmaqla yoxsulluğun aradan qaldırılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yardım etməkdir. AİB-ə 48-i regional və 19-u qeyri-regional olmaqla, 67 ölkə üzvdür. Bankın baş ofisi Filippin Respublikasının paytaxtı Manila şəhərində yerləşir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Barselona"nın oynadığı futbol deyil" - Simeone
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)
-
Azərbaycan millisi Tacikistanı məğlub edib - Yenilənib - (Video)
-
Kerem Bürsinin yeni sevgilisi - (Foto)
-
Eriksen gələcək karyerası ilə bağlı qərarını verdi





