Dünya ölkələrində enerji inflyasiyası nə qədər artıb?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatlarına görə, enerji qiymətləri ən çox Türkiyədə artıb. İyulda ölkədə illik enerji inflyasiyası 143 faiz təşkil edib. Estoniya 87 faizlə ikinci yeri tutarkən, Macarıstan 4 faizlə illik enerji inflyasiyasının ən aşağı olduğu ölkə olub.
Digər ölkələrdə illik enerji inflyasiyasına nəzər salsaq, Hollandiyada 68%, Yunanıstanda 51%, Danimarkada 43%, Almaniyada 36%, Fransada isə 29%-lik nəticə ilə qarşılaşarıq.
Bir sözlə, Rusiya qazı kəsdi, Avropa enerji böhranı ilə üz-üzə qaldı. Bir-birinin ardınca yeni qənaət tədbirləri elan edən Avropada həbs cəzaları belə gündəmə gəlir, nəhəng fabriklər qapılarını bağlayır, şirkətlər iflas edir.
Milli.Az baku.tv-yə istinadən bildirir ki, Yunanıstanda enerji böhranı ilə mübarizədə görülən qənaət tədbirləri səbəbindən Afina bələdiyyəsinin binasının işıqlandırılması məhdudlaşdırılıb. Belə ki, bələdiyyə binasının işıqları axşam saatlarında söndürüləcək. Enerjiyə qənaət etmək üçün digər binaların səthindəki işıqlandırmanın söndürülməsi və təhlükəsizlik məqsədilə yalnız binanın ətrafındakı işıqlardan istifadə edilməsi qərara alınıb.
Fransanın elektrik ötürücü şəbəkəsi 2022-2023-cü illərin qışı üçün ssenarilərini tərtib edib və gələn qışda elektrik sisteminə ciddi təzyiq riski vurğulanıb. Qeyd olunub ki, əksər hallarda ölkə səviyyəsində elektrik enerjisi istehlakını 1 faizdən 5 faizə, ekstremal meteoroloji şəraitdə isə 15 faizə qədər azaltmaqla qarşısını almaq mümkündür. "Enerjiyə qənaət planı" çərçivəsində enerji istehlakını keçən illə müqayisədə 10 faiz azaltmağı hədəfləyən Fransa qənaət məqsədilə iş yerlərində kondisionerlərin ən aşağı 26 dərəcədə, qızdırıcıların isə ölkə səviyyəsində ən yüksək 19 dərəcədə işlədilməsi qərara alınıb.
Almaniyada Rusiyadan idxal olunan qazdan asılılığı azaltmaq və enerjiyə qənaət etmək məqsədilə yerli vaxtla saat 22:00-dan etibarən ictimai binaların, heykəllərin, abidələrin və lövhələrin işıqları söndürülür. Bundan əlavə, xəstəxanalardan başqa ictimai binalar 19 dərəcədən yuxarı qızdırılmayacaq.
İtaliyada bəzi restoranlarda enerji ödəmələrinin artması səbəbindən işıqları söndürməyə və şam yandırmağa başlayıblar. Müştərilərin şam işığında restoranda vaxt keçirdikləri anlar isə sosial şəbəkədə paylaşılıb.
Enerji böhranı müzakirələrinin gündəmdən düşməyən İsveçrədə qış mövsümündə enerji probleminin fövqəladə həddə çatacağı təqdirdə qənaət tədbirlərini həyata keçirməyənləri hətta həbs cəzası gözlədiyi bildirilib.
Hollandiyada xidmət göstərən "Damco" alüminium zavodu yüksək enerji xərcləri səbəbindən istehsalını dayandırıb.
Qeyd edək ki, Rusiya Ordusunun Ukraynada başlatdığı hərbi əməliyyatın 6 ayında neft, qaz və kömür ixracından 158 milyard avro gəlir əldə edib. Bu dövrdə rekord yüksək qalıq yanacaq qiymətləri, ixracın azalmasına baxmayaraq, Rusiyaya rekord gəlir əldə etməyə imkan verib. Qalıq yanacaq ixracından əldə edilən gəlirlər Rusiyanın federal büdcəsinə təxminən 43 milyard avro qatqı təmin edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qazaxda açıq ərazidə güclü yanğın
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
İkardinin qayda pozuntusu baha başa gəldi – 73 illik qadağa
-
Əli Əsədov iclas keçirir
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Bakıda yeni avtobus zolağı təşkil edildi
-
Ağcabədidə qadını bıçaqlamaqda həyat yoldaşı şübhəli bilinir
-
Bakıda Formula 2 üzrə ikinci sıralama turu başa çatıb - Yenilənib
-
Maşınınız duracağa aparılarsa, bu qədər pul ödəyəcəksiniz - Yeni qiymətlər
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Zakir Həsənov Qazaxıstana başsağlığı verib
-
Rusiyada ayı turistə hücum etdi - Tanınmış məşqçi öldü
-
Fransa millisində Türkiyə oyunu öncəsi ciddi itki
-
Formula 2: Azərbaycan Qran-Prisində ilk sıralama turu yekunlaşıb - Yenilənib
-
ABŞ və Çin arasında “ticarət atəşkəsi” uzadıldı
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
20 yaşlı polşalı futbolçu faciəvi şəkildə öldü
-
Xəyanətə uğradığını bildi, evi dağıtdı - (Video)
-
Qazaxıstanda hərbi təlim faciə ilə nəticələndi: 9 hərbçi öldü
-
Pezeşkianın çıxışı zamanı nümayəndə heyətimizin zalı tərk etməsi yalandır
-
Formula 1 Azərbaycan Qran-Prisində ilk sərbəst yürüş başa çatdı - Yenilənib
-
Hande Erçel Milanda "gəlinlik"də - (Video)
-
Yevlaxdakı qətl işi üzrə 6 qohuma hökm oxundu
-
Xəzərdə hərbi təlim faciə ilə nəticələndi - 9 hərbçi öldü





