İqtisadiyyat

Ukraynadakı münaqişə noxud çatışmazlığına səbəb ola bilər

12 İyul 2022 08:52
2 Şərh     Baxış: 885
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynadakı münaqişə dünya bazarlarına noxudun tədarükünün azalmasına gətirib çıxara bilər ki, bu da həm noxudun özünün, həm də ondan istehsal olunan humusun qiymətinin artması təhlükəsi yaradır.

Bu barədə "The New York Times" məlumat yayıb.

Rusiya və Ukrayna ən böyük noxud ixracatçılarıdır. Onların məhsullarının qlobal bazarda payı təxminən 20%-dir.

"Shree Sheela International" lobya ticarət şirkətinin rəhbəri Navnit Singh Çabru bildirib ki, Rusiya Federasiyası adətən ildə 250 min ton noxud istehsal edir, lakin Qərbin sanksiyaları ixraca əhəmiyyətli dərəcədə mane olur.

"Ukrayna isə ildə 30-50 min ton noxud istehsal edir, lakin əsas əkinlər Xarkov vilayətindədir. Bu ölkə çətin ki, bu il 5 min tondan çox noxud yığa bilsin".

Eyni zamanda, Rusiyada əkin sahəsinin əhəmiyyətli bir hissəsi xüsusilə yüksək keyfiyyətli hesab edilən və humus hazırlamaq üçün ən uyğun olan "kabuli" sortundan əkilib. Bu çeşidə Yaxın Şərqdə və ABŞ-da tələbat daha yüksəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.