İqtisadiyyat

Sankt-Peterburqdan Bakıya yeni reyslər planlaşdırılır

30 İyun 2022 13:58
Baxış: 1 020
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın "Utair" aviaşirkəti iyul ayından etibarən Sankt-Peterburqdan Bakıya reyslər işə salmağı planlaşdırır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə şirkətin prezidenti Oleq Semyonov deyib.

"Bu il biz Azərbaycana aviareyslərimizi artırmışıq. İlin əvvəlində Moskvada Gəncə və Naxçıvana, Moskva, Surqut və Tümendən Bakıya birbaşa reyslər işə salınıb. İyunda Qroznı və Ufadan Bakıya reys açılıb, iyulda isə Sankt-Peterburqdan Bakıya uçuşlara başlamağı planlaşdırırıq", - deyə o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.