İqtisadiyyat

Əli Əlizadə İranın yol və şəhərsalma naziri ilə görüşdü - FOTO

26 İyun 2022 16:34
Baxış: 661
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi ilə görüşüb.

Azərbaycanın İrandakı Səfirliyindən verilən məlumata görə, görüşdə İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının yaradılması haqqında iki ölkə arasında imzalanmış Anlaşma Memorandumundan irəli gələn işlərin icrası müzakirə edilib. Tərəflər bu layihə çərçivəsində tikiləcək körpülərin texniki işlərinin yekunlaşdırılması və inşaat işlərinə tezliklə başlanmasının önəmini qeyd ediblər. Bununla yanaşı Rəşt-Astara dəmir yolu xəttinin və Astaraçayı üzərində dəmiryolu yük terminalının tikintisinin davamı haqqında da fikir mübadiləsi aparılıb, həyata keçirilən bütün bu müştərək layihələrin iki qonşu və dost dövlət arasındakı iqtisadi-ticari əməkdaşlığın və xalqlararası münasibətlərin daha da möhkəmlənməsinə təkan verəcəyi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.