Bu şəxslərin maaşı artırılır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hakimlərin maaşı artırılır.
Milli.Az APA-ya istinadən bildirir ki, bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişiklik təklif edilir.
Qüvvədə olan qanuna əsasən, Ali Məhkəmənin sədrinə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı (2475 manat) həcmində maaş ödənilib. Layihəyə əsasən, Ali Məhkəmənin sədrinə 3550 manat maaş ödəniləcək. O cümlədən qüvvədə olan qanuna görə, yenə Ali Məhkəmənin sədrinə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödəniləcək. Yəni Ali Məhkəmənin sədrinə vəzifə maaşı və vəzifə maaşına əlavə olmaqla, ümumilikdə aylıq 7 100 manat ödəniş veriləcək.
Hakimlərə isə aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir:
- Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində
- ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin, inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində
- digər məhkəmələrin sədrlərinə Ali məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində
bütün məhkəmələrin sədr müavinlərə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində;
- Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində;
- bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir.
Beləliklə, digər məhkəmə sədrlərinin və hakimlərin maaşı Ali Məhkəmənin sədrinin maaşı ilə tənzimləndiyi üçün həmin məhkəmə sədrləri və hakimlərin də maaşı müvafiq faizlər nisbətində artacaq.
Layihəyə əsasən, hakimlərə məzuniyyətə çıxdığı vaxt verilən iki aylıq əmək haqqı məbləğində müavinət isə ləğv olunur.
O cümlədən hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilməsi də dayandırılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
ABŞ mayeləşdirilmiş təbii qazının Yunanıstan vasitəsilə Cənub-Şərqi Avropaya tədarükü TAP-ın rolunu genişləndirə bilər – səfir
-
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib - (Foto)
-
Azərbaycan nefti 113 dolları keçdi
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
XƏBƏR LENTİ
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko





