İqtisadiyyat

Azərbaycanın ilk dəniz külək enerjisi üzrə yol xəritəsi təqdim olunacaq

2 İyun 2022 18:05
Baxış: 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Enerji Forumu çərçivəsində Azərbaycanın ilk dəniz külək enerjisi üzrə yol xəritəsi təqdim ediləcək.

Beynəlxalq Maliyyə Korporasiyasından (IFC) Milli.Az-a verilən məlumata görə, yol xəritəsi Dünya Bankının və IFC-nin müştərək layihəsi olan Dəniz Külək Energetikasının İnkişafı Proqramı çərçivəsində dəniz küləyinin potensialının öyrənilməsinə dair Dünya Bankı Qrupu tərəfindən sifariş edilmiş silsilə araşdırmalardan biridir. Bu tədqiqat Dünya Bankının "Energetika sektorunun idarə edilməsinə yardım proqramı" (ESMAP) və "Mavi iqtisadiyyat proqramı" (PROBLUE) çərçivəsində maliyyələşdirilib. Yol xəritəsi dövlət və özəl bölmələrin nümayəndələrindən, o cümlədən yerli və qlobal külək enerjisi sənayesinin təmsilçilərindən ibarət böyük sayda maraqlı tərəflərlə məsləhətləşmələr əsasında hazırlanıb.

Azərbaycanın toplam dəniz külək enerjisi potensialı 157 gigavatt səviyyəsində qiymətləndirilir, bu da ölkənin elektrik enerjisi hasilatında cari qoyuluş gücünün 20 mislindən artıqdır. Yol xəritəsində bu nəhəng potensiala dair strateji baxış və onun səmərəli istifadəsi üçün tövsiyələr yer alır.

Yol xəritəsinin təqdimatı, onun hazırlanmasında payı olan əsas tərəfdaşları, eləcə də dəniz küləyinin istifadəsində yetkin təcrübəyə malik olan ölkələrin nümayəndələrini bir araya gətirərək, ölkədə dəniz külək enerjisi bazarının yaradılmasının texniki, iqtisadi, ekoloji, sosial, məşğulluq və maliyyə aspektlərinin müzakirəsi üçün geniş meydan açacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.