İqtisadiyyat

Almaniyada inflyasiya rekord həddə çatıb

31 May 2022 08:08
0 Şərh     Baxış: 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayda Almaniyada inflyasiya 7,9% təşkil edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu, 1990-cı ildə ölkənin birləşməsindən sonra qeydə alınmış ən yüksək göstəricidir. Bundan daha yüksək göstərici 1952-ci ildə Qərbi Almaniyada (AFR) qeydə alınmışdı. İnflyasiyanın səbəbi Ukrayna böhranı nəticəsində təchizat zəncirinin pozulmasıdır. Bu da ərzaq və enerji qiymətlərinin kəskin bahalaşması ilə nəticələnir.

Bahalaşma enerji və ərzaq qiymətlərində daha ciddi görünür. Enerji daşıyıcıları martda 39,5%, apreldə 35%, mayda isə 35,3% bahalaşıb. Ərzaq qiymətlərində isə artım apreldə 8,6%, mayda isə 11,1% olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.