İqtisadiyyat

Zəngilan hava limanında görülən işlər açıqlanıb

28 May 2022 15:08
Baxış: 580

Uçuş-enmə zolağında asfalt-beton işləri davam edir. Zolağının uzunluğu 3000 metr, eni isə 60 metr təşkil edəcək. Perronda torpaq işləri tamamlanıb. Perronun sahəsi 60 min kvadratmetr təşkil edəcək.

Bu barədə Trend-ə açıqlamasında "Azərbaycan Hava Yolları" QSC-nin nümayəndəsi Valeh Əmiraslanov deyib.

"Mobilizasiya və tikinti işləri üçün 1000 kV-lıq generator quraşdırılıb. Eyni zamanda, tikinti prosesini optimallaşdırmaq üçün Zəngilan hava limanının yaxınlığında asfalt-beton zavodu tikilmişdir. 35 kV-lıq iki dövrəli 10 km-lik kabel xəttinin çəkilməsi tamamlanıb və aeroport ərazisində yeni tikilən yüksək gərginlik transformator binasına birləşdirilib. 230 m-lik artezyan quyusu qazılıb və su çıxardılıb", - deyə o əlavə edib.

Onun sözlərinə görə, avgust ayı sonunda terminal binasının tamamlanması nəzərdə tutulub. Terminal binasının beton işləri və metal-konstruksiya işləri tamamlanıb. Fasad, dam, mexaniki / elektrik ve tamamlama işləri davam edir. Avadanlıqlar ve materiallar Italya, Almanya ve Türkiyədən gətirilib:

"Terminal binasının sahəsi 5000 kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edecek, beynəlxalq standartlara uyğun inşa edilmişdir. Terminal daxilində VIP zallar, kafelər, tibb xidməti və ofis otaqları mövcud olacaq.

İyul ayında Hava Hərəkəti Qülləsinin (HHQ) tikinti işlərinin tamamlanması planlaşdırılır. Hava limanının ərazisində qazanxananın, su çənlərinin və digər yardımçı binaların tikintisi üzrə işlər davam etdirilir".

Milli.Az

İllik 14.5%-dən 30 000 manat zaminsiz komissiyasız kredit

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics