Niyə bəzi marketlərdə məhsulların qiyməti yoxdur? - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Tezliklə təmin olunacaq". Bəzi iri marketlərdə məhsulların qiymətinin yazılacağı yerə bu ifadə qeyd olunub.
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu vəziyyətə Bakıdakı bir neçə iri marketdə rast gəldik. Məsələ ilə bağlı marketlərdən bildirildi ki, bu qeyd həmin piştaxtaya qoyulan məhsullara aid deyil. Belə ki, əslində orada başqa məhsul olmalı idi. Lakin hələ marketə gətirilmədiyindən onun yerində tezliklə təmin olunacağı ilə bağlı məlumat yerləşdirilib. Oraya qoyulan digər məhsulların qiymətinin niyə qeyd edilməməsi ilə bağlı suallarımız isə cavabsız qaldı. Piştaxtalarda qiymətlərin olmaması da təbii ki, alıcıları çaş-baş salır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bu istehlakçı hüquqlarının pozulması deməkdir və belə hallarla bağlı müraciətlər tez-tez olur.
Eyyub Hüseynov bildirir ki, istehlakçılar aldanmamaq üçün mütləq aldıqları məhsulun kassa çekinə diqqət etməlidirlər. Bu cür neqativ hallarla bağlı da aidiyyəti qurumlar tədbir görməlidir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sektor müdiri Yusif Tapdıqlı da bildirdi ki, satışda olan bütün malların adı, növü, istehsal tarixi və qiyməti mütləq qeyd olunmalıdır. Əks halda həmin sahibkarlıq subyekləri cərimələnə bilərlər.
Qurum rəsmisi bildirib ki, belə hallarla qarşılaşan alıcıların 195-1 çağrı mərkəzi vasitəsilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dünya bazarında neft ucuzlaşdı
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Kredit bazarında nə baş verir?
-
Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
XƏBƏR LENTİ
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Türkiyədə güclü zəlzələ oldu
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
İki cüdoçumuz dünya çempionatının 1/8 finalına yüksəldi
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir
-
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
-
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış -Yaralanan var
-
Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək





