İqtisadiyyat

Azərbaycan və BƏƏ bu sahədə əməkdaşlığın genişləndirilməsi üzərində işləyir - Nazir

20 May 2022 11:48
Baxış: 890
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Azərbaycan bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə intensiv danışıqlar aparır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu energetika naziri Pərviz Şahbazov ərəb KİV-lərinə müsahibəsində deyib.

"Biz həm Azərbaycanda, həm də BƏƏ-də əməkdaşlıq və birgə investisiya imkanlarını müzakirə edirik. Bir müddət əvvəl 230 meqavatt gücündə yeni günəş elektrik stansiyasının təməli qoyulub. Bu, bərpa olunan enerji sahəsində Azərbaycanda 100 faiz BƏƏ-nin investisiyaları ilə icra olunan ilk sənaye layihəsidir. Bizim bu baxımdan ambisiyalı planlarımız var və biz bu uğurlu əməkdaşlığı davam etdirmək niyyətindəyik", - nazir deyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.