Daşkəsən və Göygöl rayonlarında KOB dostları fəaliyyətə başlayıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) regionlarda sahibkarların qarşılaşdıqları çətinliklərin öyrənilməsi və təkliflərinin dinlənilməsi, eləcə də dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA tərəfindən göstərilən dəstək və xidmətlər barədə sahibkarların məlumatlandırılması üçün görüşlərini davam etdirir.
Növbəti belə görüşlər mayın 13-də Daşkəsən və Göygöl rayonlarında təşkil olunub. KOBİA və müvafiq rayonların icra hakimiyyətlərinin təşkilatçılığı ilə keçirilmiş görüşlərdə sahibkarlar və onlara xidmət göstərən dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Görüşlər çərçivəsində KOBİA-nın Daşkəsən və Göygöl üzrə Kiçik və Orta Biznesin dostları - KOB dostları rayonun biznes ictimaiyyətinə təqdim olunub. Bununla da Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə KOB dostlarının sayı 3-ə çatıb. Hazırda KOB dostları ölkənin 33 şəhər və rayonunda fəaliyyət göstərir.
Daşkəsən və Göygöl rayonlarında KOB dostu ofisləri Heydər Əliyev Mərkəzlərində yerləşir. KOB dostu ofislərində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. KOB dostu ilə birgə ofislərdə "KOB könüllüləri" də fəaliyyət göstərir.
Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlara yerində dəstəyin təmin olunması baxımından KOB dostlarının fəaliyyətinin önəmini qeyd edib, effektiv dəstək mexanizmi kimi digər rayonlarda sahibkarlığın inkişafına və biznesin qarşılaşdığı çətinliklərin operativ həllinə öz töhfəsini verdiyini vurğulayıb. Sahibkarlar KOB dostu ilə sıx əməkdaşlığa dəvət olunub, KOB dostu şəbəkəsinin genişlənərək, ölkənin digər şəhər və rayonlarını da əhatə edəcəyi bildirilib.
Görüşlər çərçivəsində Agentlik tərəfindən KOB-lara göstərilən dəstək mexanizmləri barədə filmlər nümayiş olunub, sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.
Həmin gün həmçinin, KOBİA-nın dəstəyi və "AzerGold" QSC-nin təşkilatçılığı ilə Daşkəsən rayonunda həyata keçirilmiş "Arıçılıq təsərrüfatının inkişafına dəstək" layihəsinin iştirakçısı olmuş arıçı fermerlərlə görüş keçirilib. Görüşdə arıçılıq fəaliyyəti zamanı təsərrüfat sahiblərinin qarşılaşdıqları çətinliklər və onların aradan qaldırılması yollarına, arıçı fermerlərin təşəbbüslərinə, eləcə də layihə çərçivəsində onlara göstərilmiş dəstəyə dair fikir mübadiləsi aparılıb. Qeyd edək ki, layihə çərçivəsində Daşkəsən rayonunun Çovdar, Bayan, Quşçu və Zəylik kəndlərində fəaliyyət göstərən arıçı fermerlər təlimlərə cəlb olunub, rayon ərazisində nektar verən akasiya ağacları əkilib, fermerlərə tələb olunan ləvazimatlarla tam təchiz edilmiş 120 arı ailəsi və müvafiq dərman preparatları təqdim olunub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Neftimiz ucuzlaşdı
-
Kriptovalyuta bazarında yüksəliş: "Bitcoin" 106 min dolları keçdi
-
Pulunu avroya dəyişdirmək istəyənlərin nəzərinə
-
Bakıda dondurulmuş toyuq ətinə tələbat artıb - VİDEO
-
Bakının üç rayonunda elektrik şəbəkələri yenidən qurulacaq
-
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
XƏBƏR LENTİ
-
Neftimiz ucuzlaşdı
-
Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb - (Foto)
-
Azərbaycanlı qız yad ölkədə vəhşicəsinə öldürüldü - Şok cinayətin təfərrüatı
-
“Sabah” Kurasao millisinin futbolçusunu transfer etdi
-
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib - (Foto)
-
Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət edib - (Foto)
-
Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib - (Foto)
-
Məşhur aktyorun xanımı ilə fotolarını süni intellektə bənzətdilər - (Fotolar)
-
Kriptovalyuta bazarında yüksəliş: "Bitcoin" 106 min dolları keçdi
-
Qurban Qurbanov "Qarabağ"ın məğlubiyyətlərindən danışdı
-
Pulunu avroya dəyişdirmək istəyənlərin nəzərinə
-
Türkiyədə bir gündə 20 zəlzələ
-
Ehtiyata buraxılan mayor faciəvi şəkildə öldü
-
2 iyul Azərbaycanda Polis Günüdür
-
Xalq artisti qızına 2 gün toy edəcək - (Foto)
-
İstanbulda güclü yanğın: Yaralılar var - (Foto)
-
Gəncədə azyaşlı xəstəxanada öldü
-
Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb - (Foto)
-
Bakıda yaşayış kompleksində yanğın - Maşınlar da ziyan görüb
-
DÇ-2026: ABŞ və Belçika 1/8 finalda
-
"Ər çörəyi yeyəndə kökələcəyəm" - Səmra Hüseynova
-
Kinoalı tabule resepti
-
Ən çox kolleksiya yaratmağa meyilli 4 bürc: Yığmağı sevənlər
-
Ajda Pekkanın 72 yaşlı bacısının hovuz görüntüsü gündəm oldu - (Video)





