İqtisadiyyat

Bakıda "Partners & Business" sərgisi keçiriləcək

10 May 2022 20:32
Baxış: 248

16-18 iyun tarixlərində "Baku Crystal Hall"da "Partners and Business" Baku 2022 - yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək. 

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və "Marsol" MMC-nin birgə təşkilatçılığı, "Kapital Bank"ın tərəfdaşlığı ilə təşkil olunacaq sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlər tərəfindən xidmətlər, idxal, ixrac və istehsal olunan məhsullar nümayiş olunacaq.

 

200-ə yaxın şirkətin iştirakının nəzərdə tutulduğu sərginin missiyası Azərbaycan şirkətlərinin daha geniş auditoriyaya tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulmasıdır.

 

Sərgi ilə bağlı ətraflı məlumat və qeydiyyat üçün: www.partners.az

 

Əlavə məlumat əldə etmək üçün:

Əlaqə nömrələri: *0555 və ya 050 228 64 30

40 000 AZN-dək krediti ONLAYN sifariş et!

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics